Qətərdə keçirilən dünya çempionatının B qrupunun son oyununda İran və ABŞ arasında keçiriləcək oyundan əvvəl hər iki millinin baş məşqçiləri - Karlos Queyraoz və Qreq Berhalter fikirlərini bölüşüb.
Qayarinfo-nun məlumatına görə ABŞ millisinin sosial şəbəkələrdə İran bayrağında İslam Respublikası emblemindən istifadə etməməsi haqda paylaşımlarla bağlı suala Berhalter, "Yayımlananların bizimlə heç bir əlaqəsi yoxdur, bizim nəzarətimizdə deyildi. Sadəcə, diqqətimizi oyuna yönəltmişdik. Biz baş verənlərin bir hissəsi deyilik. Bizim üçün bu, sadəcə olaraq yaxşı komandaya qarşı bir futbol matçıdır. Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. İstəyirik ki, yaxşı matç olsun. Biz İran xalqının yanındayıq, lakin bütün diqqətimizi yalnız matça yönəltmişik".
İran yığmasının baş məşqçisi isə özünəinamı, rahatlığı və artan gərginlikdən qaçan rəftarı ilə diqqət çəkib. Portuqaliyalı məşqçi "Mən sizi başa düşürəm. Sabah hər iki komandanın bir qolu vacib olacaq. Əyləncəyə qoşulun və əylənin. Futbolda gözəllik qalib gəlir. Sadəcə, sabah qələbə qazanmaq istəyirik. Əlimizdən gələni etməyə çalışacağıq. Rəqibimizin yaxşı komandası var. Məqsədimiz və diqqətimiz eynidir. ABŞ iki çox yaxşı oyun keçirdi. Çətin matç olacağı aydındır. Necə başladığımız deyil, necə bitirməyimiz önəmlidir. Sabah daha yaxşı, güclü və motivasiyalı komanda olmalıyıq. Növbəti mərhələyə keçsək, bu, İranın iştirak etdiyi 6 turnirdə ilk dəfə olacaq".
Səbuhi Həsənov
Şərhlər