Xəbər lenti

ABŞ-ın daha bir zabiti məxfi fayllarının yayılmasında iştirak etmiş ola bilər
Dünya 19:21 17.04.2023

ABŞ-ın daha bir zabiti məxfi fayllarının yayılmasında iştirak etmiş ola bilər

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Sara Bils Pentaqonun sızdırılmış sənədlərinin yayılmasında iştirak etmiş ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal yazır

37 yaşlı zabit məxfi məlumatların yayılmasında əsas rol oynayan rusiyayönlü ingilisdilli "Donbass Devushka” Teleqram kanalının inzibatçılarından biri olub. Bellingcat-in araşdırmaçıları yazıb ki, məhz bu hesabda Rusiya itkiləri az qiymətləndirilmiş sənədlərin ilk redaktə edilmiş fotoşəkilləri görünə bilərdi.

WSJ qeyd edir ki, əvvəlcə Discord-da yerləşdirilən sənədlər, aprelin 5-də "Donbass Devushka” Teleqram kanalında ortaya çıxana qədər diqqətdən kənarda qalırdı. Bundan sonra rusiyalı hərbi bloqçular və Z-kanalları bu faylları yaymağa başladılar və Discord-da daha onlarla sənəd tapıldı.

Sara Bils jurnalistlərə "Donbass Devushka” kanalının 15 inzibatçısından biri olduğunu təsdiqləyib. Eyni zamanda, o, kanalda gizli sənədləri yerləşdirmədiyini və sənədlərin başqa bir idarəçinin dərc etdiyini iddia edir.

WSJ qeyd edir ki, vəzifədə olduğu müddətdə Pentaqonun məxfi məlumatlarına çıxışı olan Bilsin məlumatları onlayn yaymaq üçün istifadə etdiyinə dair heç bir sübut yoxdur. Bundan əlavə, o, ABŞ Hərbi Dəniz Qüvvələrində yalnız 2022-ci ilin noyabrına qədər avionika üzrə texnik kimi xidmət edib. Bilsin jurnalistlərə bildirdiyinə görə, indi onun məxfi məlumatlara çıxışı yoxdur.

"Donbass Devushka” Teleqram kanalının 65 mindən çox abunəçisi var. Kanal donbaslı bir qızın adından ingilis dilində aparılır və Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir. Twitter, YouTube və Spotify kimi digər platformalarda da kanalla əlaqəli hesablar var. Onların vasitəsilə, başqa şeylərlə yanaşı, Rusiya ordusunun və "Vaqner” özəl hərbi şirkətinin simvolları olan mallar satılır və yaradıcılar əldə edilən gəliri "Donbasın azadlığına" göndərəcəklərini və "cəbhədəki xalqılarına" kömək edəcəyini vəd edirlər.

Bellingcat-a görə, "Donbass Devushka” hesabında fayllar dərc edildikdə, onları elə redaktə ediblər ki, Rusiyanın itkiləri az qiymətləndirilib, Ukraynanın itkiləri isə həddindən artıq şişirdilib. Telegram kanalı bu ittihamları rədd edib.

Bils, həmçinin Rusiyanı dəstəkləyənvə Ukraynaya yardıma qarşı çıxan qonaqlarla videolar hazırlayıb. O, ingiliscə rus ləhcəsi ilə danışır və rus əsilli olduğunu iddia edirdi.

Sara Bils travma sonrası stress pozğunluğundan sonra tibbi səbəblərə görə hərbi xidmətdən getdiyini bildirib. Eyni zamanda, o, xidmət müddətində aldığından daha aşağı rütbə ilə işdən çıxarılıb. İşdən çıxmadan əvvəl o, Uidbi hərbi-dəniz aviabazasında işləyib. Keçmiş həmkarı Reyçel Stivensin WSJ-yə verdiyi məlumata görə, Bils kimi vəzifəsi və rütbəsi olan insanların çox məxfi məlumatlara çıxışı olur. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->