ABŞ Hərbi Hava Qüvvələrində nasaz hissələrin tədarükü üçün podratçılardan pulun geri qaytarılmasını tələb etməyə imkan verən effektiv mexanizmlər yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin son hesabatında
deyilir.
Hərbi Hava Qüvvələri C-130J Super Hercules hərbi-nəqliyyat təyyarəsindəki 45 nasaz komponentə görə pulun geri qaytarılmasını tələb etməyib. Üstəlik, onların dəyəri "cəmi-cümlətanı" 5,9 milyon dollar olub.
F-16 və F-22 də daxil olmaqla, digər təyyarələr üçün 77 nasaz komponentin olduğu bildirilir. Onların dəyəri yarım milyon dollardır.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri bu yaxınlarda yeni nəsil yüngül qırıcının necə görünə biləcəyini nümayiş etdirib. Daha əvvəl təqdim olunan konsepsiyalardan fərqli olaraq, onun yalnız bir mühərriki var. Bu, onu "böyük" döyüşçülərdən daha ucuz edə bilər.
ABŞ Hərbi Hava Qüvvələrinin maraqları üçün yaradılan bir altıncı nəsil NGAD qırıcısının ehtimali dəyəri 250 milyon dollar ola bilər.
Alpər
Şərhlər