Xəbər lenti

A Seriyası klubu cəzalandı - İrqçi şüarlara görə
İdman 21:05 09.05.2023

A Seriyası klubu cəzalandı - İrqçi şüarlara görə

"Atalanta” A Seriyasının 34-cü turunda "Yuventus”la oyunda azarkeşlərinin qonaq komandanın serbiyalı hücumçusu Duşan Vlahoviçə qarşı irqçi şüarlar səsləndirməsi səbəbindən bir oyunluq cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, irqçi şüarlar səbəbindən "Atalanta" bir oyunu boş tribunalar önündə keçirməli olacaq. Bu barədə A Seriyasının rəhbərliyi qərar qəbul edib. Oyunda "Atalanta" tərəfdarlarının yerləşdiyi şimal tribunasından "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviçə qarşı alçaldıcı, irqçi və ayrıseçkilik xarakterli şüarlar səsləndirildiyi üçün bu tribunanın istifadəsinə 1 oyunluq qadağa qoyub.

Azarkeşlərin matç boyu Vlahoviçə "Sən qaraçısan” qışqırması və gündəm yaratması mətbuatda da əksini tapıb.

Sözügedən qarşılaşmada "Yuventus” meydan sahiblərini 2:0 hesablı məğlubiyyətə uğradıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->