Gələn il İngiltərə Premyer Liqasında kimin çempion olacağı proqnozlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, "BetMGM" superkompüteri 2023-2024 mövsümünün qalibinin məhz "Mançester Siti" olacağını proqnozlaşdırıb. Kompüter Pep Qvardiolanın komandasının hazırda dördüncü yerdə olmasına baxmayaraq, növbəti dəfə rekord titulu qazanmaq şansını 55,2 faiz olaraq göstərib. Kompüter Mançester təmsilçisindən sonra çempionluğa ən real namizədlərin "Liverpul", "Arsenal" və "Aston Villa" olduğunu göstərib. Mövsümün sürpriz komandası sayılan "Aston Villa"nın şansları 65,8 faizdən çox olduğunu bildirib. "Mançester Yunayted” ilk "dördlük"dən cəmi 2,36% nisbətlə xeyli kənarda qalıb. Kompüter "Çelsi”nin 10-cu pillədə qərarlaşacağını da proqnozlaşdırıb.
Superkompüter gələn mövsüm Çempioşipə düşəcək komandaları da müəyyənləşdirib. Belə ki, texnoloji qurğunun proqnozuna görə "Luton Taun", "Börnli" və "Şeffild Yunayted" Premyer Liqada son pilləni tutaraq İngiltərənin ikinci dərəcəli Liqasına düşəcək. Xüsusən də Premyer Liqanın sonuncu pilləsində məskunlaşan "Bıçaqların" Çempionşipə düşmək ehtimalı 97,65%-dir.
Kompüter Çempionşipdə mübarizə aparan komandaların da şanslarını dəyərləndirib. Belə ki, bir vaxtlar Premyer Liqa çempionu olmuş "Lester", həmçinin "İpsviç"in elitaya yüksəlmək üçün pley-offda mübarizə aparmaq şansları daha böyükdür.
Yeni mövsüm "Mançester Siti" azarkeşləri üçün ikiqat şirin görünür. Kompüter komandanın təkcə Premyer Liqa deyil, Çempionlar Liqasındakı zəfərini də yüksək qiymətləndirib. Belə ki, qurğu "Mançester Siti"nin çempionluq şansını 30 faizlə dəyərləndirib. Ümumiyyətlə Premyer Liqa klublarının tarixi mövsüm yaşayacağı proqnozlaşdırılıb. Superkompüterə görə ÇL-də "Mançester Siti" qalib olacaqsa, Avroliqada "Liverpul" (30,13 %), Konfrans Liqasında isə "Aston Villa" (33,78%) birinci olacaq. "Mançester Siti" ÇL-i qazanmaq üçün "Bavariya" (14.12%) və "Real"la (12.90%) mübarizə aparacaq. "Liverpul" Avropa Liqasının qalibi olmaq uğrunda "Bayer" (16.27%) və "Brayton"u (9.39%) üstələyəcək. "Aston Villa" isə Konfrans Liqasında "Lill" (12.47 faiz) və "Fiorentina"nı (10%) qabaqlayacaq.
Almaniya Bundesliqasında "Bayer" hazırda liderliyi davam etdirirsə, İspniyada "Jirona" eyni mövqedədir. A Seriyasında hazırda ilk pillə "İnter"ə məxsusdur. Fransada isə PSJ birinci yerdə olmasına baxmayaraq Çempionlar Liqasını qazanmaq uğrunda mübarizədən xeyli kənarda görünür.
Səbuhi Həsənov
Şərhlər