Müqavilə ilə "Real Madrid"ə məxsus olan və icarə əsasın "Palmeyras"da çıxış edən hücumçu Endrik Braziliya millisinin heyətində ilk 49 dəqiqədə iki qol vuraraq rekorda imza atıb.
Qaynarinfo xəbər verir ki, Endrik ilk qolunu İngiltərə matçında (1:0) qol vura bilib. O, 80-ci dəqiqədə əvəzedici kimi meydana daxil olaraq fərqlənib. İspaniya ilə matçda isə Endrik 50-ci dəqiqədə (3:3) rəqib qapısına yol tapıb. O, oyuna ehtiyat oyunçular skamyasında başlayıb.
Endrik millinin heyətində 2 qol vurmaq üçün 64 dəqiqə sərf edən əfsanəvi braziliyalı Pelenin rekordunu qırıb.
"Real Madrid" Endriklə 2022-ci ilin dekabrında, oyunçunun 15 yaşı olanda müqavilə imzalayıb. "Kral Klubu" bu transfer üçün "Palmeyras"a 45 milyon avro ödəyib. Bundan başqa anlaşmada 25 milyon avro bonus nəzərdə tutulub. Lakin hücumçu yalnız 18 yaşı tamam olanda, yəni 2023/24 mövsümünün sonunda "Real Madrid"ə keçə biləcək. Müqavilənin müddəti 2027-ci ilə qədərdir.
Ötən mövsüm Endrik Braziliyanın "Palmeyras" klubunda bütün turnirlərdə 53 oyun keçirib, 14 qol vurub və bir məhsuldar ötürmə edib.
Aydın
Şərhlər