Xəbər lenti

Venesueladan Maduronun təyyarəsinin ələ keçirilməsinə reaksiya
Dünya 10:46 03.09.2024

Venesueladan Maduronun təyyarəsinin ələ keçirilməsinə reaksiya

Venesuela Xarici İşlər Nazirliyi prezident Nikolas Maduronun təyyarəsinin ələ keçirilməsini piratçılıq kimi qiymətləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatını Venesuala rabitə, mədəniyyət və turizm naziri Freddi Nanes dərc edib. 

"Onlar öz hərəkətlərini bütün dünyada birtərəfli və qanunsuz olaraq tətbiq etdikləri məcburiyyət tədbirləri ilə əsaslandırırlar”, - Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Nazirlik dövlətə dəymiş ziyanın ödənilməsi üçün istənilən hüquqi tədbir görəcəyi ilə hədələyib. 

Xatırladaq ki, təyyarənin həbsi ilə bağlı məlumatı CNN telekanalı mənbələrə istinadən yayıb, bundan sonra xəbəri ABŞ Ədliyyə Nazirliyi də təsdiqləyib. Maduroya əxsus təyyarə ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını pozduğuna görə Dominikan Respublikasında həbs edilib və ABŞ-a göndərilib. Həbs edilən əmlakın dəyəri 13 milyon dollar qiymətləndirilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->