Ukrayna müdafiə qüvvələri döyüş təmas xəttinin 60 kilometrliyində yerləşən Rusiyaya məxsus Buk-M3 zenit-raket kompleksini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı
bildirib.
"Oktyabrın 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə birlikdə düşmənin hava hücumundan müdafiə sistemlərinin müəyyən edilməsi və məhv edilməsi tapşırıqları çərçivəsində Buk-M3 zenit-raket kompleksinə zərbələr endiriblər”, - məlumatda deyilir.
Kompleksin döyüş təmas xəttindən təxminən 60 kilometr aralıda yerləşdiyi qeyd edilir. Modifikasiyadan asılı olaraq onun dəyəri 40-50 milyon dollar arasında dəyişir.
Alpər
Şərhlər