Xəbər lenti

Simonyan:
Siyasət 11:10 22.10.2024

Simonyan: "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir"

"Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və qalır".

Qaynarinfo xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan parlament tribunasında müxalifətçi deputat Qeqam Manukyanla mübahisə zamanı deyib.

Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan müsahibəsində Qarabağdakı vəziyyətlə Ermənistan ərazilərinin işğalının hüquqi baxımdan fərqli şeylər olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi ilə Dağlıq Qarabağda əməliyyat keçirib. 

Manukyan spikerə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı sual verib. Simonyan cavabında xatırladıb ki, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayıb, onu Azərbaycanın tərkibində tanıyıb. O, Manukyana müraciət edərək vurğulayıb ki, keçmiş hakimiyyət dövründə Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanun müzakirə edilib və qəbul edilib.

"Biz qanundan danışırıq və mənim açıqlamalarımda heç bir yenilik yoxdur. Mən başa düşürəm ki, siz hər bir sözdən yapışıb, bunun üzərində tezislər qura, nəyisə sübut etməyə çalışa bilərsiniz, amma fakt faktlığında qalır: bəhs etdiyimiz ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu belədir", deyə Simonyan bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->