Erediviziyada mövsümə istədiyi kimi başlaya bilməyən və aşağı liqaya düşmə zonasında olan "Ayaks"da baş məşqçi Mauris Steijinlə yollar ayrılıb.
Qaynarinfo-nun məluamtına görə, bu barədə klubdan açıqlama verilib. Açıqlamada niderlandlı məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyi bildirilib.
Mövsümə istədiyi kimi başlaya bilməyən "Ayaks" hazırda aşağı liqaya düşmə zaonasındadır və beş xalla 17-ci pillədə qərarlaşıb.
Steijn ötən ilin iyununda klubla üçillik müqavilə bağlamışdı.
Səbuhi Həsənov
Şərhlər