"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Braziliya millisinə rəhbərlik edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Athletic" məlumat
yayıb.
Mənbə braziliyalıların Pepə ciddi maraq göstərdiyini iddia edir. Braziliya millisinin DÇ-2026-nın seçmə turnirində startı çox çətin olub. Fernando Dinis Silva komandadan ayrılıb. Onu əvəzləyən Dorival Junior 2024-cü ildə Braziliya millisinin qrupdan çətinliklə çıxdığı Amerika Kubokunda uğursuz olub, daha sonra pley-offun ilk mərhələsində Uruqvaya uduzub. Bu səbəbdən braziliyalılar Qvardiolaya elçi düşüb.
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona", 2013-2016-cü illərdə "Bavariya"ya başçılıq edib və 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.
Aydın
Şərhlər