Xəbər lenti

Rüşvətxorluqda təqsirli bilinən qadın məmurun 58 sevgilisi olub
Dünya 15:27 20.09.2024

Rüşvətxorluqda təqsirli bilinən qadın məmurun 58 sevgilisi olub

Çinin cənub-qərbindən olan məşhur qadın məmur 58 tabeliyində olan işçi ilə cinsi əlaqədə olmaq və təxminən 60 milyon yuan (8,5 milyon ABŞ dolları) rüşvət almaq da daxil olmaqla, qanun pozuntusuna görə 13 il həbs cəzasına məhkum edilib və bir milyon yuan (140 min ABŞ dolları) cərimə olunub.

Qaynarinfo "South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, 52 yaşlı Çjun Yan əvvəllər Quizhou əyalətinin Qiannan prefekturasında qubernator və partiyanın katibinin müavini vəzifələrində çalışıb. O, tabeliyində olan işçilərlə çoxsaylı münasibətli olub: onun 58 sevgilisi məlumdur.

Nəşrin yazdığına görə, Çində Çjun Yan parlaq görünüşü ilə məşhur olub, media onu "yaraşıqlı qubernator” adlandırıb. O, 2018-ci ildə muxtar vilayətin vitse-qubernatoru, 2021-ci ildə isə qubernator vəzifəsinə yüksəlib. Vəzifədə olarkən fermerlərə yardım assosiasiya yaradıb və tez-tez ora ianə edib. 

2023-cü ilin aprelində o, Çinin ən yüksək anti-korrupsiya agentliyi tərəfindən istintaqa cəlb edilib. Məlum olub ki, Çjub rüşvət alıb və güzəştli firmalarla müqavilələr bağlayıb. Nəşr yazır ki, o, vilayətdə özəl biznesin böyüməsini cilovlayıb, yalnız onunla əlaqəli şirkətlər üçün artımı təmin edib. O da məlum olub ki, "yaraşıqlı qubernator” tabeliyində olanlar arasında çoxsaylı sevgi tapıb. Kişilərin bəziləri xanım Çjunun təklif etdiyi imtiyazlara görə, bəziləri isə onun səlahiyyət və qüdrətindən qorxaraq buna razılaşıblar. Qubernator "işdən artıq iş” və "işgüzar səfərlər” bəhanəsi ilə sevgililəri ilə vaxt keçirib.

Bu il sentyabrın 1-də o, Çin Kommunist Partiyasından xaric edilib və dövlət vəzifəsindən uzaqlaşdırılıb. Məhkəmə həbs cəzasına əlavə olaraq Çjun Yana 1 milyon yuan (təxminən 141 min dollar) cərimə kəsib. 

Nizami Bağırov



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->