Xəbər lenti

Rusiya Kalininqrad bəhanəsi ilə Baltikyanıya hücuma hazırlaşır - ISW
Dünya 16:56 20.09.2024

Rusiya Kalininqrad bəhanəsi ilə Baltikyanıya hücuma hazırlaşır - ISW

Rusiya hakimiyyəti Avropanın şimal-qərbində, NATO ölkələri ilə əhatə olunmuş Rusiya anklavı olan Kalininqrad vilayətini qorumaq bəhanəsi ilə Baltik respublikalara mümkün hücuma ictimai rəy hazırlamağa başlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri yazır.

Analitiklərin fikrincə, bu cür hazırlıqlara prezident Vladimir Putinin çərşənbə günü region rəhbərləri ilə görüşündə verdiyi açıqlamalar sübutdur.

Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Besprozvannıxla videobağlantı vasitəsilə danışan Putin bir milyondan çox insanın yaşadığı regionda "problemlərin” olduğunu bildirib. 

"Onun (Kalinqrad vilayəti-red.) Rusiya Federasiyasının anklavına çevrilməsindən sonra bir sıra problemlər yaranıb ki, onlar təbii ki, həll oluna bilər və mütləq həll olunmalıdır”, - Putin bildirib.

"Biz çalışmalıyıq ki, bu, təkcə Vətənin qərb sərhədlərindəki forpostumuz və qalamız deyil, Kalininqrad vilayəti bütün ölkənin həyatına rahat şəkildə inteqrasiya olunsun ki, özünü böyük bir dövlətin bir hissəsi kimi hiss etsin”, - Rusiya prezidenti vurğulayıb.

O, əlavə edib ki, "insanların hərəkəti üçün heç bir maneə olmamalıdır” və regionun özü "Rusiya Federasiyasının üzvi hissəsi” olmalıdır.

İSW yazır ki, Putinin bəyanatları "daxili auditoriyaya yönəlib” və o, "Kalininqrad vilayətini qorumaq bəhanəsi ilə Baltik respublikalara  qarşı gələcək təcavüz üçün zəmin hazırladığını” göstərə bilər.

Müharibə başlayandan qısa müddət sonra Kalininqrad vilayəti qismən nəqliyyat blokadasına düşüb: Litva hakimiyyəti öz ərazilərindən kömür, metal, sement, taxta, tikinti materialları və yüksək texnologiyalı məhsulların tranzitini məhdudlaşdırıb. Tezliklə Avropa Komissiyasının təzyiqi ilə Litva bu tədbirləri ləğv edib, lakin 2023-cü ilin iyulunda o vaxtkı qubernator Anton Əlixanov problemin həll olunmamasından şikayətlənib.

İSW-nin fikrincə, Putinin fevralda ölkənin hərbi-inzibati bölgüsündə apardığı islahat həm də Kremlin gələcəkdə NATO ilə "böyük müharibəyə” hazırlaşdığını göstərə bilər. Prezidentin sərəncamına əsasən, Rusiyada 2010-cu illərin əvvəllərində ləğv edilmiş Moskva və Leninqrad hərbi dairələri yenidən bərpa edilib. Eyni zamanda, strateji nüvə sualtı qayıqlarının əksəriyyətini ehtiva edən Rusiya Federasiyasının Şimal Donanması Leninqrad hərbi dairəsinə daxil olub.

İSW ekspertlərinin yazdığı kimi, bu yeniliklər "qısa və ortamüddətli perspektivdə Rusiyanın Ukraynadakı əməliyyatları üzərində nəzarəti gücləndirmək”, habelə "uzunmüddətli perspektivdə NATO-ya qarşı genişmiqyaslı müharibəyə hazırlaşmaq” məqsədi daşıyır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->