Xəbər lenti

Ronaldonun gələn mövsüm oynayacağı klub açıqlandı
İdman 16:15 01.06.2024

Ronaldonun gələn mövsüm oynayacağı klub açıqlandı

"Əl-Nəsr"in baş direktoru Qvido Fienqa hücumçu Kriştiano Ronaldonun gələn mövsüm də klubda qalacağını bildirib. 

Qaynarinfo xəbər verir ki,bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl mediada Ronaldonun Avropaya qayıda biləcəyi barədə məlumatlar yayılmışdı. Hətta "Bayer"in onunla maraqlandığı deyilirdi. Lakin forvard Səudiyyə Ərəbistanında oynamağa davam etmək qərarına gəlib.

Mayın 31-də Ronaldonun heyətində yer aldığı "Əl-Nəsr" Kral Kubokunun finalında "Əl-Hilal"a uduzub. Oyundan sonra Ronaldo emosiyalarını saxlaya bilməyib və göz yaşlarına boğulub. 

2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avroluq maaşla "Əl-Nəsr"ə keçib. Portuqaliyalı hücumçu 2023-cü ildə komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə "Mançester Yunayted"lə müqaviləsini ləğv edib. Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə "Qızıl top" qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->