Xəbər lenti

İdman 20:07 14.06.2022

"Qarabağ" millimizin üzvü ilə yeni müqavilə bağladı

"Qarabağ" Riçard Almeyda ilə bağlı qərarını açıqlayıb.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanov təcrübəli futbolçunu komandada saxlamağa qərar verib. Eyni zamanda millimizin üzvü olan Almeyda ilə müqavilənin müddəti daha 1 il uzadılıb.
 
Sonuncu dəfə 2021-ci ildə "Qarabağ"a transfer olunan Almeyda müxtəlif vaxtlarda (2012, 2019-cı illər) 3 dəfə bu komandanın formasını geyinib. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->