Xəbər lenti

İdman 19:00 27.06.2022

"Qarabağ" - "Lex" matçının hakimləri müəyyənləşdi

Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Lex" matçının hakim təyinatları açıqlanıb.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Endiu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->