Xəbər lenti

Professor Nəsiman Yaqublu yol qəzasında həlak oldu (YENİLƏNİB)
Ölkə 19:45 25.08.2024

Professor Nəsiman Yaqublu yol qəzasında həlak oldu (YENİLƏNİB)

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur.
 
19.25
 
Professor Nəsiman Yaqublu yol qəzasına düşüb.

Qaynarinfo xəbər verir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Nəsiman Yaqublunun Zəngilandan qayıdarkən ağır yol qəzasına düşdüyünü bildirib.

Onun sözlərinə görə, N. Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->