Xəbər lenti

“OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9000-ə çatıb (FOTO/VİDEO)
Ekonomiks 16:41 23.08.2024

“OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9000-ə çatıb (FOTO/VİDEO)

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9000-ə çatıb. 

Bu münasibətlə "OBA” Marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, İdarə Heyətinin üzvləri Maqsud Orucov, Vüqar İsmayılov və digər əməkdaşların iştirakı ilə 9000-ci əməkdaş işlədiyi marketdə təbrik olunub. 

N. İbrahimova 9000-ci əməkdaş Elnurə Əliyevaya sertifikat, gül dəstəsi və hədiyyə təqdim edib və bütün əməkdaşlara uğurlar arzulayıb:

 "Günü-gündən böyüyən, bütöv Azərbaycanımızın dörd bir yanını əhatə edən "OBA” marketlər şəbəkəsi olaraq, xalqımıza xidmət etməkdən qürur duyuruq. Doqquz mininci əməkdaşımızın aramıza qatılmasından böyük sevinc hissi keçirir və qədəmləri uğurlu olsun deyirik”. 

Daha sonra "Qarayev 1” mağazasının əməkdaşları ilə birgə tort kəsilib.

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->