Xəbər lenti

Moskvada iranlı Ukrayna gerbi və bayrağı olan köynəyinə görə cərimələndi (FOTO)
Dünya 14:20 05.06.2024

Moskvada iranlı Ukrayna gerbi və bayrağı olan köynəyinə görə cərimələndi (FOTO)

Moskvada İran vətəndaşı üzərində Ukraynanın gerbi və bayrağı olan köynəkdə ictimai yerə çıxdığı üçün polis bölməsinə aparılıb və cərimələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Astra” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, İrandan olan 30 yaşlı turist Hidari Hossin köynəyin qollarında Ukrayna gerbi, bir tərəfində Ukrayna bayrağı, digər tərəfində ukraynalılara yardım çağırışı olan Balenciaga sviterini geyinərək Rusiya paytaxtının mərkəzinə daxil olub. 

Moskva hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iranlı Kitay-Qorod polis şöbəsinə aparılıb və orada ona qarşı "Rusiya ordusunu gözdən salma” maddəsi ilə inzibati protokol tərtib edilib.

Həmçinin, Moskva məhkəməsi İran vətəndaşını 50 min rus rublu (957 manat – red.) məbləğində cərimələyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->