Xəbər lenti

Məşhur tennisçi kortlara qayıdır
İdman 17:04 15.06.2022

Məşhur tennisçi kortlara qayıdır

Karyerasında 23 "Böyük Dəbilqə" çempionluğu olan amerikalı tennisçi Serena Uilyams bir illik fasilədən sonra kortlara qayıtmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, zədəsi səbəbindən bir ildir kortlardan uzaq qalan Uilyams bu haqda instaqram səhifəsində bildirib. O, "Uimbledon Tennis Turniri"ndə iştirak edəcəyinə işarə verib.

Sonuncu dəfə 2021-ci il "Uimbledon Tennis Turniri"ndə korta çıxan 40 yaşlı idmançı sol ayağındakı zədə səbəbindən ilk turdan sonra mübarizəni dayandırıb. O vaxtdan bəri turnirlərdə iştirak etməyən Uilyams hazırda dünya reytinqində 1208-ci yerdədir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->