Xəbər lenti

Mahsunun konsertində şəhid Anarın ifası... (VİDEO)
Ölkə 09:49 13.03.2023

Mahsunun konsertində şəhid Anarın ifası... (VİDEO)

Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı Konqres Mərkəzində keçirilən konsertində duyğulu anlar yaşanıb.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, konsert zamanı Vətən müharibəsi şəhidi Anar İsrafilovun vaxtilə Mahsun Kırmızıgülün repertuarından oxuduğu "Annem-annem” mahnısı böyük ekranda nümayiş etdirilib.

Mahsunun səsinə bənzərliyi ilə diqqət çəkən şəhid ifasından sonra tamaşaçılar ayağa qalxıb və zalı alqış sədası bürüyüb.

Daha sonra M.Kırmızıgül tərəfindən səhnəyə şəhidin atası və övladları dəvət olunub. Şəhid atasının əlini öpərək çıxışa başlayan ifaçı bildirib ki, Anarın arzusu onun konsertində iştirak etmək olsa da, bu, ona qismət olmayıb.

Şəhid atasına "Məni də övladınız olaraq görün” deyən türkiyəli ifaçı, Anarın uşaqlarının təhsil haqqını öz üzərinə götürdüyünü elə səhnədə açıqlayıb.

Həmin duyğulu anların videosunu təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->