Xəbər lenti

Macarıstanın sədrliyi başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək
Dünya 17:45 21.10.2024

Macarıstanın sədrliyi başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək

Avropa İttifaqı Macarıstanın Aİ Şurasına sədrlik mandatı başa çatdıqdan sonra Rusiya iqtisadiyyatına qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

Nəşrin həmsöhbətlərinin fikrincə, Macarıstanın baş naziri Viktor Orban ölkənin sərdliyindən "sanksiyalar üzrə danışıqları effektiv şəkildə dayandırmaq” üçün istifadə edib.

Macarıstan 2024-cü il iyulun 1-dən Aİ Şurasına sədrlik edib. Yanvarın 1-dən mandat növbəçilik qaydasında Polşaya veriləcək. Polşanın İqlim məsələri üzrə naziri Kşiştof Bolest bundan əvvəl Rusiya yanacağının Avropaya idxalının artdığını açıqlayıb. Onun fikrincə, "bu məsələ ilə məşğul olmaq lazımdır”.

Diplomatik mənbə "Politico”ya bildirib ki, Aİ ölkələri Polşaya "əsas məsələləri canlandırmaq” üçün ümid edir. "Ümid edirik ki, Macarıstan tərəfindən qeyri-konstruktiv blokadanın girovuna çevrilmiş bütün məsələlər təcili həll olunacaq”, - o əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->