Xəbər lenti

Litva öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır - Baş nazir
Dünya 13:46 31.05.2024

Litva öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır - Baş nazir

Litva qoşunların hazırlanmasına kömək etmək üçün Ukraynaya öz hərbi kontingentini göndərməyə hazırdır, Baş nazir İnqrida Şimonite bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir "Bloomberg" ilə müsahibəsində deyib.

Şimonite xatırladıb ki, Litva hətta Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də Ukrayna ordusuna təlim keçməyə kömək edib və Litva və Ukrayna silahlı qüvvələri arasında uzunmüddətli əməkdaşlıq mövcuddur.

"Biz onları üçüncü ölkələrdə də, Litvada da öyrədirik, lazım gələrsə, ola bilər ki, onları (Ukrayna əsgərlərini - red.) bunu etmək istəyən ölkələrlə birgə Ukraynada da öyrədərik”, - Litvanın baş naziri deyib.

Şimonite vurğulayıb ki, Rusiya Federasiyasına qarşı müharibədə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edən Ukraynaya kömək etmək üçün hər şey edilməlidir.

Bir gün əvvəl Reuters xəbər vermişdi ki, bəzi müttəfiqlərin narahatlığına və Rusiyanın tənqidlərinə baxmayaraq, Fransa tezliklə Ukraynaya hərbi təlimatçılar göndərə bilər.

"Le Monde” yazır ki, Fransa prezidenti Emmanuel Makron Ukrayna əsgərlərinə birbaşa Ukraynada təlim keçmək üçün hərbi təlimatçılar göndərmək istəyən dövlətlərdən ibarət koalisiya yaratmağa çalışır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->