Xəbər lenti

İdman 13:08 11.07.2022

"Lex" Bakıya yola düşdü

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Lex" Bakıya yola düşüb. 
 
Qaynarinfo xəbər verir ki, Polşa təmsilçisi Azərbaycana çarter reysi ilə gələcək.

Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.

İyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.
 

 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->