Xəbər lenti

Kərim Benzema yığma karyerasını bitirdi
İdman 14:00 20.12.2022

Kərim Benzema yığma karyerasını bitirdi

Fransanın və "Real"ın hücumçusu Kərim Benzema millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə bu barədə futbolçu sosial mediada açıqlama verib. Benzema, açıqlamasında "Bugünkü yerdə olmaq üçün lazımi səy göstərdim və bununla fəxr edirəm. Öz hekayəmi yazdım və bitdi" - dedi.

Kərim Benzema millinin formasını ilk dəfə 15 il əvvəl geyinib. Macərasına 2004-cü ildə Fransanın U-17 komandası ilə başlayan Əlcəzair əsilli futbolçu ilk dəfə 2017-ci ildə əsas yığmaya çağırılıb. 35 yaşlı hücumçu 2008 və 2012-ci illərdə Avropa, 2014-cü ildə dünya çempionatında "Xoruzlar"ın heyətində iştirak edib.

2015-ci ildə "Lion"da çıxış edərkən yığmada komanda yoldaşı olan Matye Valbuenaya qarşı şantajda ittiham olunan Benzema günahını etiraf etdikdən sonra Fransa Futbol Federasiyası tərəfindən millidən uzaqlaşdırılmışdı. Yalnız 2021-ci ildə ölkəsinin əsas komandasına çağırılan Benzema 6 illik fasilədən sonra Avro-2020-də çıxış edib. Qətərdə keçirilən DÇ-2022-də oynamaq üçün heyətə dəvət alsa da yarışın başlamasına az qalmış zədə üzündən kənarda qalıb və bu arzusu yerinə yetməyib.

Ötən mövsüm göstərdiyi performansa görə "Qızıl Top"a layiq görülən Benzema 1998-ci ildə Zinəddin Zidandan sonra bu mükafatı əldə edən ilk fransız hücumçu oldu.

O, 2021/22 mövsümündə "Real"ın heyətində 56 oyunda meydana çıxıb, həmin müddətdə 50 qola, 16 məhsuldar ötürməyə imza atıb. 

Benzema karyerası ərzində İspaniya La Liqası, Superkubok və Çempionlar Liqasının qalibi olub. UEFA- tərəfindən ilin futbolçusu, Çempionlar Liqasında mövsümün oyunçusu, İspaniyada "Piçiçi" mükafatı kimi fərdi titullar da qazanıb. Fransa millisinin formasında UEFA Millətlər Liqasının qalibi olub.  Yığmada 97 matça çıxan futbolçu 37 qola imza atıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->