Xəbər lenti

Keçmiş sevgilisi olimpiada iştirakçısının üzərinə benzin töküb yandırdı
İdman 18:46 03.09.2024

Keçmiş sevgilisi olimpiada iştirakçısının üzərinə benzin töküb yandırdı

Uqandalı olimpiada iştirakçısı Rebekka Çepteqey keçmiş sevgilisi tərəfindən yandırılıb.

Qayanrinfo xəbər verir ki, idmançının bədəninin 75%-i yanıb və xəstəxanaya yerləşdirilib. Hadisə qızın yaşadığı və məşq etdiyi yerdə keçmiş sevgilisi ilə dava zamanı baş verib. 

Rebekka Çepteqey bu yaxınlarda Paris Olimpiadasında Uqandanı təmsil edib və sonra Keniyaya qayıdıb. 

Polis bildirib ki, Rebekka Çepteqey adətən məşq etdiyi Trans-Nzoya rayonundakı evində hücuma məruz qalıb. Ehtimallara görə, hadisəni onun keçmiş sevgilisi Dikson Ndima törədib. 

Trans-Nzoya rayon polis komandiri Jeremiah Ole Kosiom bildirib ki, Dikson bir banka benzin alıb, onu Rebekkanın üzərinə töküb və sonra yandırıb. Diksonun davranışına səbəb cütlük arasında mübahisə olub.

Rebekka hazırda Eldoretdəki Moi Xəstəxanasında müalicə alır. O, xəstəxanaya bədəninin 75%-nin yanıqları ilə qəbul edilib. Yeri gəlmişkən, yanıq xəsarətləri alan Dikson Ndima da eyni klinikada müalicə olunur.

Yerli KİV-in məlumatına görə, yanğın o qədər güclü olub ki, qonşular onu söndürməyə kömək etməli olublar. Keniyanın "The Nation" qəzetinin məlumatına görə, polis hadisə yerində beş litrlik kanistr, çanta və yanmış telefon tapıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->