Xəbər lenti

İtaliyada bloger nazirlə tədbirlərdə iştirak etdi, qalmaqal yarandı
Dünya 16:11 04.09.2024

İtaliyada bloger nazirlə tədbirlərdə iştirak etdi, qalmaqal yarandı

İtaliyada blogerin ölkənin mədəniyyət naziri Sanqiuliano ilə tədbirlərdə iştirakı ilə bağlı qalmaqal yaşanıb.

İtaliyada Maria Rosaria Bokkia adlı blogerin ölkənin mədəniyyət naziri Gennaro Sanqiuliano ilə tədbirlərdə iştirakı qalmaqala səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunur ki, sosial şəbəkələrdə 40 mindən çox izləyicisi olan Bokkia bu yaxınlarda Sanqiuliano ilə birgə fotosunu yerləşdirərək, ona "əsas hadisələrin müşaviri" vəzifəsinə görə təşəkkürünü bildirib.

İtaliya mətbuatı yazır ki, bloger heç bir real mövqeyi olmadan G7 ölkələrinin mədəniyyət nazirliklərinin rəhbərlərinin görüşünün hazırlanması ilə bağlı yazışmalarda iştirak edib. Bundan əlavə, səlahiyyətlilər Bokkinin səfərləri üçün mümkün xərclərlə maraqlanır.

Çərşənbə günü ən azı iki G7 dövləti Romadan qalmaqalla bağlı izahat tələb edib və Pompeydə keçirilməli olan G7 görüşünün bir hissəsi baş tutmayacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->