Xəbər lenti

İsraildə nazir və deputatlara Haniyə ilə bağlı şərh verməmək tapşırıldı
Dünya 13:12 31.07.2024

İsraildə nazir və deputatlara Haniyə ilə bağlı şərh verməmək tapşırıldı

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi israilli nazirlərə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı açıqlama verməməyi tapşırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Knesset (İsrail parlamenti) üzvləri də analoji tövsiyə alıblar.

2023-cü ilin noyabrında Qəzza zolağına nüvə bombası atmağın mümkünlüyünü elan edən İsrailin Qüds və İrs Məsələləri üzrə naziri Amixai Eliyahu X-də (keçmiş Twitter) Haninin fotosunun altında yazıb: 

"Dünyanı bu murdarlardan təmizləmənin düzgün yolu”. 

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ifrat sağçı Otzma Yehudit (Yəhudi Gücü) partiyasının üzvü olan, lakin Knessetin üzvü olmayan Eliyahu əlavə edib: "Daha xəyali sülh müqavilələri və ya kapitulyasiya yoxdur. Onları vuran dəmir əl sükut gətirəcək". 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->