Xəbər lenti

İranın yeni prezidenti kim olacaq? (ŞƏRH)
Dünya 11:57 31.05.2024

İranın yeni prezidenti kim olacaq? (ŞƏRH)

"Qarşıdakı günlərdə yeni sürpriz adlar ortaya çıxa bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranda iyunun 28-nə təyin edilən prezident seçkilərindəki namizədlərin şanslarından danışarkən deyib.
 
Şərhçi qeyd edib ki, namizədlərin irəli sürülməsi prosesi dünən başlayıb:
 


"İyunun 3-nə qədər proses davam edəcək və Keşikçilər Şurası kimin namizədliyini təsdiqləsə, onlar da yarışa qatılacaq. Hələlik namizədliyi irəli sürülən şəxslərin hansılarının qeydə alınacağını bilmirik. Məsələn, keçən dəfə Əli Laricanini qeydə almadılar, sonradan dini lider işə qarışandan sonra namizəd ola bildi. Ona görə indidən nəsə demək çətindir. Amma ümumi olaraq, Əli Laricani, Səid Cəlili kimi bir neçə nəfər var. Lakin qarşıdakı günlərdə yeni sürpriz adlar da çıxa bilər. Yəni seçki ilə bağlı proqnozları iyunun 3-dən, Keşikçilər Şurası namizədləri təsdiqlədikdən sonra danışmaq mümkün olacaq".

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri kampaniyası mayın 30-dən başlayıb. İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhələsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edir. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır. 

Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12- dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür. İndiyə qədər 6 nəfər namizədliyini irəli sürüb. Onlardan biri də İran parlamentinin keçmiş sədri Əli Laricanidir. Bundan başqa vitse-prezidentin, parlamentin hazırkı sədri və keçmiş prezident Əhmədinecatın da prosesə qatılacağı iddia edilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->