Xəbər lenti

İlham Əliyev:
Siyasət 11:40 25.11.2022

İlham Əliyev: "Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq"

"Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlət başçısı bildirib: "Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->