Xəbər lenti

Dünya 18:51 22.10.2024

"Freedom House" dünyanı Rusiyanı məsuliyyətə cəlb etməyə çağırdı

"Freedom House" beynəlxalq insan haqları təşkilatı beynəlxalq ictimaiyyəti ukraynalı jurnalist Viktoriya Roşinanın qətlinə görə Rusiya hakimiyyətini tam məsuliyyətə cəlb etməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Detector Media"nın məlumatında deyilir.

"Biz ukraynalı jurnalist Viktoriya Roşinaya yas tutur və beynəlxalq ictimaiyyəti Rusiya hökumətini tam məsuliyyətə cəlb etməyə çağırırıq. Roşçinanın ölümü təkcə 2022-ci ildə genişmiqyaslı işğalın başlanğıcından bəri Kreml tərəfindən ukraynalıların əsas azadlıqlarının sistematik şəkildə pozulmasını deyil, həm də Rusiyada qanunsuz olaraq saxlanılan hər bir ukraynalı media işçisinin həyati təhlükəsini nümayiş etdirir", deyə açıqlamada qeyd edilir.

Qeyd edək ki, jurnalist Viktoriya Roşinanın ölümü oktyabrın 10-da məlum olub. Onun ölüm şəraiti hələlik məlum deyil. Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, Roşina qarşıdan gələn məhbus mübadiləsindən birinə daxil edilməli idi. O, Ukraynaya qayıtmağa hazırlaşmaq üçün Moskvadakı Lefortovo həbsxanasına köçürülməli imiş.

Jurnalist Viktoriya Roşina ötən ilin avqustunda Rusiyanın işğal etdiyi ərazilərə səfəri zamanı yoxa çıxıb. Bu il oktyabrın 10-da Koordinasiya Qərargahının nümayəndəsi Petro Yatsenko Roşinanın rus əsirliyində öldüyünü təsdiqləyib. Hüquq müdafiəçilərinin fikrincə, ruslar Roşinanı iki ən qəddar həbsxanada saxlayıblar.

Oktyabrın 18-də baş tutan mübadilə çərçivəsində Roşinanın cəsədi Ukraynaya qaytarılmayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->