Xəbər lenti

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı
İdman 21:35 22.10.2024

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.


Qaynarinfo xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə rumıniyalı Denis Florin Mihai ilə üz-üzə gəlib.


9:0 hesabı ilə qələbə qazanan Quluzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Qeyd edək ki, mundial oktyabrın 27-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->