Xəbər lenti

Dünya 21:17 22.10.2024

"Boeing"in hazırladığı peyk orbitdə parçalandı - Nə qədər təhlükəlidir?

"Boeing"in istehsal etdiyi "Intelsat 33e" peyki geostasionar orbitdə tamamilə dağılıb, Avropa, Afrika və Asiya-Sakit Okean regionunun bəzi bölgələrindəki müştərilərə rabitə xidmətlərini pozub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Intelsat" şirkətinin rəsmi saytında məlumat verilir.

"Biz bu vəziyyəti həll etmək üçün peykin istehsalçısı olan "Boeing" şirkəti ilə sıx əməkdaşlıq edirik", deyə şirkətin açıqlamasında bildirilir.

Öz növbəsində, ABŞ Kosmik Qüvvələri "Intelsat 33e" ilə əlaqəli təxminən 20 parça zibilin izləndiyini bildirib. Mütəxəssislərin fikrincə, qəza nəticəsində yaranmış dağıntı qalası digər kosmik gəmilər üçün təhlükə yaradır.

Peykin qəzaya uğramasının səbəbi məlum deyil. Bəzi ekspertlər bunun onun elektrik stansiyası ilə əlaqəli olduğunu irəli sürüblər.

"Intelsat 33e" Lüksemburqda yerləşən "Intelsat" peyk operatoruna məxsus geostasionar telekommunikasiya peyki idi. Qurğu Avropa, Afrika, Yaxın Şərq, Asiya və Avstraliyada yaşayan istifadəçilərə telekommunikasiya xidmətləri göstərmək üçün nəzərdə tutulub. Peyk 2016-cı ildə orbitə buraxılıb. 2017-ci ilin avqustunda "Intelsat" bildirmişdi ki, kosmik gəmi öz orbital mövqeyini saxlamaq üçün manevr prosesi zamanı lazım olduğundan daha çox yanacaq sərf edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->