Xəbər lenti

Ermənistanda hərbi çağırış müddəti niyə uzadıldı (ŞƏRH)
Dünya 13:45 26.07.2024

Ermənistanda hərbi çağırış müddəti niyə uzadıldı (ŞƏRH)

"Bu addım Ermənistanın çağırış problemilə üz-üzə olduğunu göstərir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənsitan hökumətinin orduya yay çağırışı müddətini daha 15 gün artıraraq, avqustun 15-dək uzatması səbəbindən danışarkən deyib. 
 
Hərbi ekspert bildirib ki, İrəvanın bu qərarı Ermənistan hökumətinin üzləşdiyi problemlə bağlıdır:



"Özləri də etiraf edirlər ki, çağırış məsələsində problem var. Adını da qoyurlar ki, guya bəzi çağırışçılar hələ tibbi müayinədən keçməyib. Əslində isə tibbi müayinə  çağırışa qədər həyata keçirilir. Bu isə o deməkdir ki, Ermənistan çağırışçı problemilə üz-üzədir. İndiyə qədər Ermənistanda demoqrafik problemlərdən danışırdıq. İndi isə görünən odur ki, demoqrafik problem açıq şəkildə özünü büruzə verir. Çağırışçılar xidmət etmək istəməyərək, xidmətdən yayınır. Belə vəziyyət Ermənistan ordunun gənc çağırışçı kateqoriya ilə təminatında ciddi boşluqların olduğunu göstərir. Yəqin ki, yaxın vaxtlarda erməni hökuməti məsələ ilə bağlı ayrıca açıq və ya qapalı müşavirə keçirəcək".

Qeyd edək ki, Ermənistan ordusuna 2024-cü ilin yay çağırışı daha 15 gün uzadılacaq və avqustun 15-dək davam edəcək. Bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. 

Qeyd edilib ki, çağırış 24 iyunda başlayıb və 31 iyulda bitməli idi, ancaq daha 15 gün artırılıb. Səbəb kimi də bəzi çağırışçıların hələ də tibbi müayinədən keçməməsi göstərilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->