Xəbər lenti

Dünyanın ən geniş dili - Rekordlar Kitabına düşdü (VİDEO)
Dünya 23:17 16.08.2024

Dünyanın ən geniş dili - Rekordlar Kitabına düşdü (VİDEO)

ABŞ sakini dünyanın ən geniş dilinin sahibi olmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Qaynarinfo xəbər verir ki, Brittani Lasayo Ginnesin Rekordlar Kitabına belə bir kateqoriyanın daxil olduğunu öyrəndikdən sonra titul üçün müraciət etmək qərarına gəldiyini bildirib.

Amerikalı qadının dilinin eni 7,8 santimetrdir ki, bu da əvvəlki rekordçudan bir neçə millimetr çoxdur.

"Bu, sevimli və bir az gülməlidir", deyə qadın bildirib.

Brittani adını tarixə yazmaqdan və dilinin anatomik xüsusiyyətindən qürur duyduğunu əlavə edib.

Bundan əvvəl ABŞ-dan olan bir yeniyetmə dünyanın ən uzun saçına görə Ginnesin Rekordlar Kitabına düşüb. Valideynləri bildiriblər ki, oğulları uşaqlıqdan saç kəsməkdən qorxurmuş. Uşağa xəsarət yetirməmək üçün saçlarını uzatmağa başlayıblar. Nəticədə amerikalı iki yaşından bəri heç vaxt bərbərə getməmişdi.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->