Xəbər lenti

DƏHŞƏT! Ölümə meydan oxumaq istəyirdi, göydələndən yıxıldı! (FOTOLAR)
Dünya 17:07 31.07.2023

DƏHŞƏT! Ölümə meydan oxumaq istəyirdi, göydələndən yıxıldı! (FOTOLAR)

Sosial mediada təhlükəli qüllələrə, göydələnlərə, kranlara, körpülərə və hətta qaranlıq tikililərə dırmaşması ilə məşhur olan "Daradevil" ləqəbli 30 yaşlı Remi Lusidi Honq-Konqda 721 fut (220 metr) hündürlüyündə olan göydələndən yıxılaraq dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, Lusidini görən qulluqçu sonuncu dəfə onun necə kömək istəməsindən danışıb. Sosial mediada "Remi Enigma” kimi tanınan Lusidi  "Trequnter Qülləsi"nin 68-ci mərtəbəsindən yıxılıb.

Səlahiyyətlilərin dediyinə görə Lusidi təhlükəni anlayaraq kömək üçün pəncərəni döyüb və xidmətçi onu görüb. Lakin o, kömək gələnə qədər yıxılıb. Yıxılmazdan öncə axşam saat 18 radələrində binaya çatıb və göydələndə bir dostunu görəcəyini bildirib. Göydələnin 40-cı mərtəbəsindəki şəxs Lusidini tanımadığını dedikdən sonra, asayiş keşikçisi fenomeni tutmağa çalışıb, amma buna nail ola bilməyib. Mühafizəçilər sonuncu dəfə Lusidini 49-cu mərtəbənin pilləkənlərində görüb. Polisin məlumatına görə, sonuncu dəfə axşam saat 19.38 radələrində sağ olaraq görünüb və xidmətçidən kömək istəyib. ABŞ mediasının məlumatına görə, məşhur fenomen damda ilişib qalıb. Polis hadisə yerində onun kamerasını da tapıb.

Qohumları onu "sağlam, şən və xoşbəxt" adlandırıb, kədərləndiklərini bildiriblər. Ölümündən qısa müddət əvvəl bir göydələn işçisi, fenomenin ona növbəti hədəfinin Honq-Konqda bir dağa dırmaşmaq olduğunu dediyini bildirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->