İspaniyanın Barselona şəhərindəki əyləncə mərkəzində bir qadına qarşı cinsi təcavüzdə günahlandırılan keçmiş futbolçu Dani Alveş həbs cəzasına məhkum edilib.
Qaynarinfo-nun məlumatına görə, məhkəmənin bu gün keçirilən iclasında braziliyalı futbolçunun cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilib. "Sambaçı" 150 min avro təzminat da ödəməli olacaq.
2022-ci il dekabrın 30-na keçən gecə Barselonada bir diskotekada 23 yaşlı qadına cinsi təcavüz etməkdə günahlandırılan Alveş yanvarda Meksikadan Barselonaya gəldikdən sonra saxlanılıb, daha sonra məhkəmə tərəfindən həbs edilib.
İfadəsini üç dəfə dəyişdirən və son olaraq "xəyanətini gizlətmək və cinsi əlaqəni qəbul edərək həyat yoldaşını qorumaq üçün ilk yalan danışdığını” deyən 39 yaşlı futbolçu yanvarda təhlükəsizlik məqsədilə "Brains 1" həbsxanasından "Brains 2"yə köçürülüb.
Alvesin model həyat yoldaşı Joana Sanz da cinsi təcavüz iddialarından sonra braziliyalı futbolçudan ayrıldığını açıqlayıb.
Karyerasında "Sevilya”, "Barselona”, "Yuventus”, PSJ və "Sao Paulo” kimi komandalarda çıxış edən Alveşin təcavüzə görə, sonuncu dəfə oynadığı Meksika təmsilçisi UNAM-la da müqaviləsi ləğv olunub.
Səbuhi Həsənov
Şərhlər