Xəbər lenti

Dünya 14:04 09.01.2024

"Bloomberg": 2024-cü il tarixin ən isti ili ola bilər

Alimlər ehtimal edirlər ki, 2024-cü il 2023-cü ilin rekordunu qıra və tarixdə ən isti il ola bilər.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" alimlərə istinadən məlumat yayıb. 

Planetdə orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,3-1,6 dərəcə artacaq.

Qlobal temperatura El Nino təbii hadisəsi təsir etməkdə davam edəcək. O, Sakit okeanda səth sularının temperaturunun dəyişməsi ilə əlaqələndirilir. Milli okean və atmosfer tədqiqatlar İdarəsinin baş alimi Maykl Makfadenin sözlərinə görə, Sakit okeanda suyun istiləşməsi ilə planetdə səthin temperaturunun yüksəlməsi arasında gecikmə var. Bu səbəbdən El Ninonun təsiri altında olan ikinci il əvvəlkindən daha isti keçir.

İnsan fəaliyyəti Yerin istiliyinə təsir göstərir. Xüsusilə yanacağın yanması istixana qazlarının həcmini artırır. Planetin yüksək temperaturu normal iqlimi dəyişir və quraqlıqlara, daşqınlara, meşə yanğınlarına və tufanlara səbəb olur.

Müşahidə edildiyi andan 2023-cü il ən isti il olub. Xüsusilə iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında temperatur rekordları qırılıb. 2023-cü ildə Yerin temperaturu sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,4 dərəcə artıb. 2024-cü ildə alimlər bu rəqəmin 1,3-1,6 dərəcə olacağını proqnozlaşdırırlar.
2023-cü ildə quraqlıq Panama kanalında suyun səviyyəsini azaldıb, qlobal logistika bazarına təsir edib. Eyni səbəblərə görə İranda zəfəran istehsalında azalma müşahidə olunub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->