Xəbər lenti

Bədəninin 99,98%-ni tatu etrdirən qadın Ginnesin Rekordlar Kitabına düşdü
Dünya 18:46 23.08.2024

Bədəninin 99,98%-ni tatu etrdirən qadın Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ sakini bədəninin 99,98 faizini tatu ilə örtməklə Ginnesin Rekordlar Kitabına düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə UPI yazır.

KİV-in məlumatına görə, nailiyyətin müəllifi Konnektikutdan olan 36 yaşlı Esperans Lumineska Fuerzinadır. O, qadınlar arasında ən çox bədən döyməsi və bədən modifikasiyalarının sayına görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Fuerzina bildirib ki, o, ilk döyməsini təxminən 15 il əvvəl, ilk modifikasiyasını - çəngəl dilini - 2014-cü ildə etdirib. Bundan əlavə, amerikalının çoxlu pirsinqləri var. Qadının bədəninin 99,98 faizi döymələrlə örtülməsinə baxmayaraq, Fuerzina bununla dayanmağı planlaşdırmır.

"Mən hələ bunun sonunu təsəvvür edə bilmirəm", - o deyib.

Alpər
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->