Xəbər lenti

İdman 16:16 14.08.2024

"Barselona"da problem: 5 futbolçunu qeydiyyatdan keçirə bilməyib

"Barselona" La Liqanın yeni mövsümü başlamazdan əvvəl beş futbolçunu qeydiyyatdan keçirə bilməyib.

Qaynarinfo bu barədə "El Mundo Deportivo"ya istinadən xəbər verir. 

Məlumata görə, klub hələ "Leyspiq"dən gələn Dani Olmonu, həmçinin İniqo Martinez, Pau Viktor, Aleks Valle və Pablo Torreni İspaniya çempionatının yeni buraxılışında iştirak etmək üçün qeydiyyatdan keçirməyib.

La Liqanın reqlamentinə görə, klub start fiti səslənməmiş oyunçununu qeydiyyatdan keçirə bilər. 

Yeni mövsümün ilk turunda "Barselona" səfərdə "Valensiya" ilə qarşılaşacaq. Oyun şənbə günü, avqustun 17-də Əndəlüs paytaxtının "Mestalla" stadionunda keçiriləcək. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->