Xəbər lenti

Sənət 18:17 28.09.2022

"50 şəhid ailəsinə təqdim olunan mənzillərə baxdıq..." - Xalq artisti

"50 şəhid ailəsinə təqdim olunan mənzillərə baxdıq, hamısının şəraiti çox gözəldir, təmirlidir”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə təqdim olunan mənzillərdən danışarkən deyib. 

 

Xanəndə hesab edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı şəhid ailələrinə dəstək verməlidir:

 

"Biz Qarabağa şəhidlərin sayəsində qovuşmuşuq, Şuşamıza bayrağımızı asmışıq. Dövlət həmişə şəhid ailələrinin yanındadır, onlar üçün hər şey edir. Amma bu gün hər bizimiz onların yanında olmalı və problemləri ilə maraqlanmalıyıq. Bu gün hər bir Azərbaycan vətəndaşının şəhidlərə mənəvi borcu var”.


Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->