Xəbər lenti

Siyasət 16:30 16.10.2024

"Milli Məclisin AŞ PA-ya nümayəndə heyəti göndərməməsi düzgün addımdır"

"Fəaliyyətini dayandırmış nümayəndə heyətinin əvəzinə başqa bir nümayəndə heyətini göndərmək parlamentinin özünə hörmətsizliyi kimi görünə bilərdi". 

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bir sıra beynəlxalq təşkilatlara nümayəndə heyətlərini müəyyənləşdirən Milli Məclisin AŞ PA-ya nümayəndə heyətini formalaşdırmamasını şərh edərkən deyib:

"Milli Məclisin bu istiqamətdəki fəaliyyəti normal qurulub. Çünki AŞ PA Azərbaycan nümayəndə heyətinin üzvlərini təsdiq etməyib və qəbul etmək istəmirlər. Təsdiq etməyibsə, ora niyə yenidən nümayəndə heyəti göndərməliyik ki? Ona görə də Milli Məclis tərəfindən AŞ PA-da nümayəndə heyətinin tərkibinin müəyyən olunmaması düzgün addımdır. Azərbaycan nümayəndə heyəti bəyanat verərək, fəaliyyətini dayandırıb. Bu səbəbdən fəaliyyətini dayandırmış nümayəndə heyətinin əvəzinə başqa bir nümayəndə heyətini göndərmək parlamentinin özünün özünə hörmətsizliyi kimi görünə bilərdi".


 
"AŞ PA problemlərdən Azərbaycana qarşı təzyiq üçün istifadə edir. Onun da kökündə erməni işğalçıların ərazimizdən çıxarılması durur. AŞ PA-da hesab edirlər ki, ermənilər yenə də Azərbaycan ərazilərini işğal edib, orada yaşamalıdrlar. Bu onların ənənəvi mövqeyidir və belə bir yanaşmanın yaxın zamanlarda dəyişəcəyini gözləmək olmaz. Hesab edirəm ki, AŞ PA-dan çıxmaq məsələsini müzakirəyə çıxarmaq olar", deyə hüquqşünas bildirib.
 
Qeyd edək ki, ötən həftəsonu Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvləri müəyyənləşib. Amma Azərbaycanın Avropa Şurası Parlament Assembleyasına (AŞ PA) nümayəndə heyəti formalaşdırılmadı. 

Xatırladaq ki, AŞ PA-nın 2024-cü ilin yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin qurumda səlahiyyətləri təsdiqlənməyib. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti AŞ PA-nın ədalətsiz yanaşmalarına və ikili standartlar tətbiq etməsinə etiraz olaraq, qurumda fəaliyyətini dayandırıb. Bugünlərdə başa çatan payız sessiyasında isə AŞ PA Bakı əleyhinə yeni kampaniyaya start verib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->