Xəbər lenti

Valensiya
İdman 21:19 31.05.2023

Valensiya "Fənərbağça"nın əfsanəsinin rekordunu geridə qoydu

"Fənərbağça”nın hücumçusu Enner Valensiya "Antalyaspor”a vurduğu qolla Aleks de Souzanın 28 qolluq rekordunu qırıb.

Qaynarinfo xəbər verir ki, Valensiya həm də bu qolla Aykut Kocamanın "Superliqada bir mövsüm ən çox qol" rekorduna şərik çıxıb. Bu mövsüm möhtəşəm performansını davam etdirən 33 yaşlı futbolçu "Antalyaspor"la matçın 2-ci dəqiqəsində "Fənərbağça"nı hesabda önə keçirən qola müəlliflik edəndən sonra sözügedən rekordu təkrarlayıb.

Aykut Kocaman 29 qolla İstanbul klubunun bir mövsümdə ən çox fərqlənən vuran futbolçusudur.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->