Uruqvay millisinin yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, Uruqvay Futbol Federasiyası komandanın Marselo Bielsaya tapşırıldığını elan edib. Federasiya mütəxəssislə DÇ-2026-nın sonuna qədər müqavilə imzalayıb.
Bielsa Uruqvay millisinin baş məşqçisi kimi debütünü iyunda Nikaraqua və Kubaya qarşı keçirəcəyi yoldaşlıq oyunlarında edəcək. Cənubi Amerikada dünya çempionatının seçmə mərhələsinə sentyabrda start veriləcək.
Uruqvaylı çalışdırıcı sonuncu dəfə ötən il "Lids"i çalışdırıb. 2022-ci ilin fevralından komandasız qalan təcrübəli çalışdırıcı "Lids"in "sükanı" arxasında 170 oyun keçirib və bu matçlarda orta hesabla 1,61 xal toplayıb.
67 yaşlı çalışdırıcı 2011-ci ildən sonra yenidən hansısa milli komandaya rəhbərlik edəcək. Bielsa əvvəllər iki fərqli Cənubi Amerika komandasının - Argentina və Çilinin baş məşqçisi olub.
Bielsa Argentina millisini 68, Çilini isə 51 oyunda meydana çıxarıb.
Səbuhi Həsənov
Şərhlər