Türkiyənin motosiklet idmançısı Bahattin Sofuoğlu kaskasını hərraca çıxarıb.
Qaynarinfo-nun məlumatına görə, idmançı açıqlamasında hərraca çıxardığı dəbilqədən gələn gəliri Kahramanmaraşda baş verən zəlzələlərdə zərər görən vətəndaşlar üçün bağışlayacağını açıqlayıb.
Sofuoğlu "Twitter" hesabından verdiyi açıqlamada çətin günlər keçirdiyini vurğulayıb: "Hamımız bu prosesdə əlimizdən gələni etməyə çalışırıq. Ona görə də üzərində Osmanlı monoqramı olan dəbilqəni hərraca çıxarıram. Hərracdan əldə olunan gəliri zəlzələ bölgəsində ziyan çəkən bacı-qardaşlarımız üçün AFAD-a bağışlayacağam. Bu gün zəlzələdən sağ çıxanların birlik günüdür”.
İndiyə qədər ən yüksək təklif olaraq 65 min lirəyə layiq görülən kaska 14 fevral çərşənbə axşamına qədər davam edəcək.
Səbuhi Həsənov
Şərhlər