Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, Super Liqanın lideri "Qalatasaray" 1/4 finalda "Başakşəhər"lə qarşılaşacaq. Son ölkə çempionu "Trabzonspor" "Ankaragücü"nə rəqib olub.
İstanbul nəhənglərindən "Fənərbağça" "Kayserispor"la üz-üzə gələcək. Yarımfinala digər vəsiqənin taleyi isə "Sivasspor" - "Qaziantep" görüşündə müəyyənləşəcək.
Yarımfinalda "Fənərbağça" - "Kayserispor" cütünün qalibi "Sivasspor" - "Qaziantep", "Qalatasaray" - "Başakşehir" matçının qalibi isə "Ankaragücü" - "Trabzonspor" cütünün güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/4 final qarşılaşmaları bir, yarımfinallar isə iki oyundan ibarət olacaq. 1/4 final oyunları 28 fevral-2 mart, yarımfinalın ilk matçları 4-6, cavab görüşləri 25-27 aprel tarixlərində baş tutacaq. Türki Kubokunun final oyunu iyunun 1-də keçiriləcək.
Aydın
Şərhlər