"Trabzonspor"un futbolçusu Benqali-Fode Koyta "Qarabağ"a transfer oluna bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "61saat" nəşri məlumat
yayıb.
"Trabzonspor"un baş məşqçisi Abdullah Avcının komandada saxlamaq istəmədiyi qvineyalı hücumçuya "Hatayspor" və "Giresunspor"dan da təkliflər gəlib. Lakin 32 yaşlı forvard hər iki təklifi rədd edib.
Artıq "Qarabağ" Benqali-Fode Koytanın transferi ilə bağlı danışıqlara başlayıb. Futbolçunun agenti Trabzona gedib və transfer məsələləri ilə məşğul olmağa başlayıb.
Qeyd edək ki, Fode Koyta karyerası ərzində Fransanın "Monpelye", "Lans", "Le Havr", "Kan", İngiltərənin "Blekbern" və Türkiyənin "Kasımpaşa" klublarında forma geyinib. O, 2021-ci ildən "Trabzonspor"da çıxış edir. 32 yaşlı hücumçu 2011-ci ildə Fransanın U-21 millisində çıxış edib, 2019-cu ildən Qvineyanın A millisinə çağırılır.
Aydın
Şərhlər