"Trabzonspor" baş məşqçi Nenad Byeliça ilə yollarını ayırıb.
Qaynarinfo-nun məluamtına görə, xorvatiyalı çalışdırıcı ilə 2,5 illik müqavilə imzalamış Trabzon klubu təyinatından 16 matç sonra mütəxəssislə vidalaşmaq qərarına gəlib. Superliqanın səkkizinci turunda səfərdə "Adana Dəmirspor”a 0:1 hesabı ilə məğlubiyyətdən sonra, klubun açıqlamasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Apreldə Byeliça ilə 2,5 illik anlaşan klubun məşqçilə əməkdaşlığı cəmi 177 gün davam edib.
Komanda onun rəhbərliyi altında 16 matç keçirib. Bunların səkkizində qələbə qazanan "Trabzonspor” qalan səkkiz oyunda məğlub olub. Yəni heç-heçə etməyib. Komanda 12 xalla yeddinci pillədə qərarlaşıb.
Səbuhi Həsənov
Şərhlər