Xəbər lenti

SOCAR rəqəmsal transformasiya üzrə böyük iş aparır - Rövşən Nəcəf
Ekonomiks 13:00 04.06.2022

SOCAR rəqəmsal transformasiya üzrə böyük iş aparır - Rövşən Nəcəf

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəqəmsal transformasiya üzrə böyük iş aparır.

Trend-in müxbiri xəbər verir ki, bunu SOCAR-ın prezidenti vəzifələrini icra edən Rövşən Nəcəf Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.

"SOCAR 2035-ci ilədək strategiyası çərçivəsində enerji şirkətini transformasiya etməyi planlaşdırır. Biz şirkətimizin tarixində yeni səhifə açırıq. Bu strategiyaya baxmayaraq, neft və qaz istehsalı üzrə işlər davam edəcək. Həmçinin, vurğulamaq istəyirəm ki, şirkətimizin Türkiyə və Gürcüstanda nümayəndəlikləri var. Orada rəqəmsal transformasiya üzrə böyük işlər aparılır. Bu işlər ölkəmizdə də görülür", - deyə o bildirib.

R.Nəcəf vurğulayıb ki, SOCAR-ın qarşısında duran bütün hədəflər, həm rəqəmsal mühitə keçid, həm də enerji təhlükəsizliyinin təmin olunması üzrə hədəflər əldə olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->