İspaniya La Liqası klubu "Sevilya"nın yeni baş məşqçisinin adı açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, Əndəlus təmsilçisi Kike Sançez Floreslə anlaşıb. Klubdan verilən açıqlamada əvvəlki baş məşqçi Dieqo Sançezlə uğursuz nəticələrə görə yolların ayrıldığı və komandanın Floresə tapşırıldığı açıqlanıb.
"Sevilya" sonuncu dəfə Çempionlar Liqasının qrupunda sonuncu yeri tutaraq bu mövsüm avrokuboklarla vidalaşıb. ÇL-in B qrupunda sonuncu yerdə qərarlaşan və avrokuboklarla vidalaşan "Sevilya" ölkə çempionatında 13 xalla liqada 17-ci pillədədir.
"Sevilya" 58 yaşlı ispan çalışdırıcı ilə 2025-ci il mövsümünün sonuna qədər anlaşıb. Sonuncu klubu "Xetafe” (iki dönəm) olan Flores daha əvvəl "Valensiya”, "Benfika”, "Atletiko" (Madrid), "Al-Ahli”, "Al-Ayn”, "Uotford”, "Espanyol” və "Şanxay Şenhua”nı da çalışdırıb.
Səbuhi Həsənov
Şərhlər